"Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, eləcə də abonent bazasının daha da genişləndirilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 2015-ci il aprelin 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 752 660-a çatıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, qeydiyyata alınan abonentlərin 22863-ü qeyri-əhali, 1729797-i isə əhali sektoruna aiddir. Ötən rüb ərzində əhali kateqoriyasına aid 19862 yeni abonent qeydiyyata alınıb ki, bunun da 10538-i Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin, 9324-ü isə regionların payına düşür. Cari ildə qazlaşdırılmış və qaz təminatı bərpa olunmuş yaşayış məntəqələri abonentlərin say artımında mühüm rol oynayıb.
Həmçinin, 1 aprel 2015-ci il tarixə olan məlumata görə, əhali sektoru üzrə 123 152 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunmuş, eyni zamanda qeyri-əhali sektoru üzrə 315 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB