“Elektron hökumət” bülleteni üzrə birifinq keçirilib

“Elektron hökumət” bülleteni üzrə birifinq keçirilib

Bu gün "Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən "Elektron hökumət" quruculuğu, elektron xidmətlər, elektron imza, eləcə də İKT sahəsinə aid yerli və beynəlxalq xəbərləri ictimaiyyətə çatdırmaq məqsədilə "Elektron hökumət" bülleteni dərc olunub. SİA-nın məlumatına görə, Bu yeniliklər barədə informasiyaların kütləviləşməsi, həmçinin görülən işlərin mətbuata birbaşa elan olunması məqsədilə "Elektron hökumət" bülleteni üzrə birifinq keçirilib.

Brifinqdə media nümayəndələrinə ay ərzində görülən işlər, həyata keçirilən tədbirlər, sahə üzrə yeniliklər barədə məlumat verilib. Həmçinin ayrı – ayrı qurumların nümayəndələri elektron xidmətləri və yenilikləri ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə