Cavid Qurbanov “Stadler Rail”in nümayəndə heyəti ilə görüşüb FOTO

Cavid Qurbanov “Stadler Rail”in nümayəndə heyəti ilə görüşüb FOTO

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin "Stadler Rail" şirkətinin nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, "Stadler Rail" şirkətlər qrupunun baş direktoru Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyətinin (nümayəndə heyətinin üzvləri layihənin koordinatoru Tomas Zvifel, MDB üzrə satış direktoru Matias Stöhr) bu görüşü "Azərbaycan Dəmir Yolları" QSC-nin yeni rəhbərliyi ilə tanışlıq məqsədi daşıyırdı.

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra "Stadler Rail" şirkətlər qrupundan gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə sərnişin daşınmasını həyata keçirmək üçün 30 yeni sərnişin sərnişin vaqonunun alınması, 18 oktyabr 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə təməli qoyulan "Stadler" Gəncə vaqon istehsalı zavodunun tikintisi məsələləri müzakirə olunub.

"Stadler Rail" şirkətlər qrupunun baş direktoru Peter Şpuler çıxış edərək, "Azərbaycan Dəmir Yolları" QSC-də bütün sahələrdə həyata keçirilən genişmiqyaslı islahatlardan məmnun qaldıqlarını bildirib.

Qeyd edək ki, ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alındı.

Bütün xəbərlər Facebook səhifəmizdə