Bu gün Azərbaycanda İnşaatçılar Günü qeyd olunur. SİA-nın xəbərinə görə, Prezident İlham Əliyev 16 dekabr 2009-cu il tarixində hər il aprelin 10-unun Azərbaycanda "İnşaatçılar Günü" peşə bayramı kimi qeyd olunması barədə sərəncam imzalayıb.
Bu gün ölkədə yenidənqurma, quruculuq işləri uğurla davam etdirilir. Hər ötən gün özünün yenilikləri ilə diqqəti daha çox cəlb edir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.
Azərbaycanda inşaat sahəsi durmadan inkişaf edir. Təkcə paytaxt Bakıda yox, eləcə də, regionlarda bir-birindən gözəl tikililər istifadəyə verilir.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB