Məktəblilər arasında paint-ball yarışı keçirilib TƏDBİR-FOTOLAR

Məktəblilər arasında paint-ball yarışı keçirilib TƏDBİR-FOTOLAR

Nizami rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və 1941-1945-ci illər II Dünya Müharibəsində qələbənin 70 illik yubileyi münasibətilə tədbirlərə start verilib. SİA-nın xəbərinə görə, Bakı Paintball Mərkəzində baş tutan yarışmanın açılışında Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov və başqaları iştirak ediblər.

İnsanda vətənpərvərlik hissinin qəhrəmanlığın əsasını qoyan amil olduğunu qeyd edən tədbir iştirakçıları xalqımızın qəhrəman xalq olduğunu və dövlətimizin şanlı tarixi, əfsanəvi qəhrəmanları ilə həmişə fəxr etdiyini diqqətə çatdırıblar.

Vurğulanıb ki, müstəqil dövlətdə yaşayan hər bir gənc bilməli və dərk etməlidir ki, Azərbaycan üçün dövlət müstəqilliyi ən böyük hadisədir və bütün gənclər onun qorunması, möhkəmləndirilməsi naminə əlindən gələni etməlidir. Bu cür yarışların keçirilməsi də bir daha gənclərdə vətənpərvərlik hislərini yüksəlmək və onların layiqli vətəndaş kimi yetişmələrinə dəstək məqsədi daşıyır.

Çıxışlardan sonra yarışa start verilib.

22 məktəbin nümayəndəsinin istirak etdiyi yarışda 4 komanda Olimpiya sistemi üzrə gücünü sınayıb.

Sonda yarışın qalibləri mükafatlandırılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə