FHN balıqçıları axtarır

Aprelin 7-də Sumqayıt şəhəri ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış 3 balıqçının axtarışları davam etdirilir. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, axtarışlara nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Qeyd edək ki, Xəzər dənizində bir gün əvvəl 3 balıqçı itkin düşüb.

Bu barədə FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nazirliyin dalğıc-xilasediciləri və Aviasiya Dəstəsi həmin şəxslərin dərhal axtarışlarına başlayıb.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə