Kollegiya iclası keçirilib
Hesablama Palatası toplandı

Hesablama Palatasının kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, kollegiya iclasında Dövlət Neft Fondunun büdcəsinin icrası vəziyyətinə, dövlət büdcəsindən və büdcədənkənar daxilolmalardan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına ayrılan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə audit proqramları təsdiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə