Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz ilə görüş keçirilib. SİA-nın məlumatına görə, professor Driss Khrouz ilk öncə kitabxana ilə yaxından tanış olaraq burada yaradılan şəraitlə bağlı məmnunluğunu ifadə edib. Görüşdə Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova çıxış edərək kitabxana barədə qonağa ətraflı məlumat verib. Onun sözlərinə görə kitabxanın missiyası Azərbaycanı dünya inforasiya məkanına inteqrasiya etməkdir: "Bu missiya çox böyük qüvvə tələb etsə də biz bu missiyanı uğurla davam etdirəcəyik. Maksimal dərəcədə imkanlardan istifadə edərək Azərbaycan və dünya ədəbiyyatının nadir elmi kitablarını kitabxanamıza toplamaq istəyirik. Hazırda bu yöndə böyük səylə çalışırıq".
Daha sonra çıxış edən professor Driss Khrouz keçirilən görüşdən məmnunluğunu ifadə edərək qeyd edib ki, bu cür möhtəşəm bir tikiliyə heyran qalmamaq mümkün deyil: "Burada yaradılan şəraiti gördükdən sonra bu kitabxana ilə əməkdaşlıq etməkdən xeyli məmnun olardıq. Gələcək kitabxana yeni texnologiyalara bağlanır.Mən burada həmin o sərhədsiz texnologiya kitabxanasının yaradılmaq üzrə olduğunu gördüm. Ümumiyyətlə rəqəmsallaşmış kitabların qarşılıqlı mübadiləsi hər iki tərəf üçün xeyli önəmli olar. Gələcəkdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün bu cür ikitərəfli görüşləri müntəzəm olaraq keçirməkdə fayda var". Görüşün sonunda qonağa bir sıra xatirə hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB