8 aprel 2015-ci il tarixində Qaradağ rayon İcra Hakimiyyətində Müqəddəs Pasxa bayramı münasibətilə slavyanəsilli sakinlərlə görüş keçirilib. Sİa-nın xəbərinə görə, tədbirdə iştirak edən Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova əvvəlcə Pasxa bayramının gəlişi münasibətilə rayon ərazisində yaşayan slavyanəsilli sakinləri Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından təbrik edib. Qeyd edib ki, vətənimizdə yaşayan xalqlar bir-birlərinə o qədər yaxındırlar ki, onlar arasında heç bir ayrı-seçkilik müşahidə olunmur, əksinə, qarşılıqlı hörmət, ehtiram və səmimi münasibətlər mövcuddur. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlığın qorunub saxlanıldığı, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın yüksək səviyyədə olduğu diqqətə çatdırılıb.
Daha sonra çıxış edən sakinlər də burada özlərini öz doğma vətənlərindəki kimi hiss etdiklərini bildirərək onlar üçün yaradılan hər bir şərait üçün ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinə minnətdarlıqlarını bildiriblər.
Tədbirin sonunda rayon ərazisində yaşayan 100 aztəminatlı slavyanəsilli sakinə ərzaq yardımı verilib.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB