Bakı Dairəvi yolunda işlər yekunlaşıb

Bakı Dairəvi yolunda işlər yekunlaşıb

I Avropa Oyunlarına hazırlıq dövründə nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər intensiv şəkildə davam etdirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən SİA-ya verilən məlumata görə, artıq Bakı Dairəvi yolunun 9 km hissəsində təmir işləri başa çatdırılıb. Belə ki, yolun 14-cü km-dən 5-ci km-ə qədər olan hissəsində işlər yekunlaşıb.

Yaxın günlərdə həmin hissə nəqliyyatın hərəkəti üçün açıq olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə