Kuba Respublikasının Azərbaycandakı səfiri cənab Omar Medina Kintero aprelin 8-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. SİA-nın məlumatına görə, səfir ilk olaraq institutun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrdən söz açılıb, səfirə Şərqşünaslıq İnstitutunun fəaliyyət istiqamətləri barədə məlumat verilib. Səfir daha sonra Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüb. Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva Omar Medina Kinteronu institut əməkdaşlarına təqdim edib. Omar Medina Kintero ölkəsinin tarixindən və hazırkı durumundan bəhs edib, ölkələrimiz arasında əlaqələrdən danışıb. Kubanın müsəlman əhalisindən də danışan səfir, ölkəsində Səudiyyə Ərəbistanı və Türkiyənin təşəbbüsü ilə iki məscidin inşa olunacağını bildirib. Sonda Omar Medina Kintero şərqşünas alimləri maraqlandıran suallara cavab verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB