Bu gün Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon İdarəsinin birgə təşkilatçılığı ilə "Şahin" hərbi-idman oyununlarının rayon üzrə final mərhələsi keçirilib. SİA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində baş tutan oyunların final mərhələsində rayonun 21 məktəb komandası iştirak edib.
294 məktəbli gəncdən təşkil olunan oyunlarda gənclər yüksək fəallıqlar göstərərək uğura imza atıblar. Oyunlar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinə əsasən "Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi"nin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir. Bununla da böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğı daha da artırılır, məktəb şagirdləri hərbi-idman oyunlarına geniş cəlb edilərək onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilir.
Qeyd edək ki, yarışın nəticəсələrinə görə I yerə 291 saylı "Araz" Ekologiya liseyin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 212 saylı məktəbin komandası layiq görülüb. Qalib komanda məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.




.jpg)
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB