Bu rayonlarda qaz olmayacaq

Bu gün bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq. Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, yeni çəkilən qaz kəmərlərinin mənbəyə birləşdirilməsi və qaz tənzimləyici qurğuların quraşdırılması ilə əlaqədar bu gün saat 13:00-dək Nərimanov, saat 18:00-dək Ağstafa və Qazax, işlər başa çatanadək isə Binəqədi və Suraxanı rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə