Prezident 22 məmuru işdən çıxartdı

Prezident 22 məmuru işdən çıxartdı

Rusiya prezidenti Vladimir Putin Fövqəlada Hallar Nazirliyinin (FHN) 22 yüksək çinli məmurunu işdən çıxarıb. İşdən çıxarılanların rütbəsi polkovnikdən general-polkovnikə qədər dəyişir.

Onların sırasında Rusiya FHN Moskva baş idarəsinin rəisi Aleksandr Yeliseyev və onun müavini Aleksandr Qavrilov da var.

Bundan başqa, FHN-nin Uzaq Şərq, Şimali Qafqaz, Sibir, Şimali Qərb, Volqoboyu, Ural və Mərkəz regional mərkəzlərinin rəhbərləri də işdən çıxarılıb.

İşdən çıxarılanlar arasında FHN-ni baş hərbi eksperti Eduard Çicikov da var.

Bütün xəbərlər Facebook səhifəmizdə