Bakıda yollar yuyulur FOTOLAR

Bakıda yağmurlu hava şəraitindən sonra avtomobil yollarında və körpülərdə təmizlik işlərinə start verilib. "Azəryolservis" ASC-dən SİA-ya verilən xəbərə görə, artıq bir neçə gündür, xüsusi maşınların koməyi ilə bu proses davam etdirilir.

Xüsusi maddə yuyucu toz ilə qarışdırılaraq çirkli ərazilərə səpilir və bundan sonra xüsusi qurğu yerləşdirilmiş maşınlar vasitəsilə təzyiqli su verilərək nəzərdə tutulan yol elementləri yuyulur.

Bütün xəbərlər Facebook səhifəmizdə