“Yazmağı bacaracaqsan” yeni layihə (FOTOLAR)

“Yazmağı bacaracaqsan” yeni layihə (FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "İlboyu bilik" proqramı üzrə "Yazmağı bacaracaqsan" layihəsi TQDK-nin dəstəyi ilə start götürür. Fondun İnformasiya təminatı sektorundan SİA-ya verilən xəbərə görə, Bilik Fondu jurnalist ixtisasına yiyələnmək istəyən abituriyentlər üçün ödənişsiz kurslar təşkil edilir.

Kurslarda abituriyentlərə qabiliyyət imtahanlarında uğur qazanmaları üçün esse yazmaq bacarıqları və vərdişləri aşılanacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində "Yamağı bacaracaqsan" layihəsi üzrə ilk təlim – videokonfrans keçirilib. Videokonfransda Bakı və Azərbaycanın 7 bölgəsindən – Mingəçevir, Gəncə, Bərdə, Şamaxı, Qusar, Sumqayıt, Lənkərandan olan abituriyentlər iştirak ediblər.

Abituriyentlərə esse yazmağın qaydaları haqqında ətraflı məlumat verən filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə