Aprelin 8-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi, günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəzlənəcək. Bu barədə SİA-yaEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Havanın temperaturunun gecə 5-8, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Aprelin 8-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-8, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 24 dərəcə isti, dağlarda gecə 0-4, gündüz 9-14, bəzi yerlərdə 17 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB