Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində "Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu" V Respublika elmi konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans ilk peşəkar arxeoloq və muzeyşünas Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr olunub. Tədbirdə 50-yə yaxın tarixçi alim, muzeyşünas və elmi işçilərin məruzələri dinlənilib. Məruzələr tarix, arxeologiya, memarlıq, etnoqrafiya, numizmatika, sənətkarlıq, ədəbiyyat, dövlətçilik, tarixi silahlar, muzeylərdə bərpa işi, muzeylərdə sərgilər, muzey pedoqogikası sahələrini əhatə edib.
Konfransı giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, muzeyşünas Davud bəy Şərifovun həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra akademik Nailə Vəlixanlı muzeylərdə Azərbaycanın zəngin tarix və mədəniyyətinin təbliği, gənc nəsillərə vətənpərvərlik hissələrinin aşılanması, tariximizin qaranlıq qalan səhifələrinin işıqlandırılması sahələrində daha geniş fəaliyyət göstərməyin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən, tarix elmləri doktoru, professor Teymur Bünyadov qeyd edib ki, artıq neçənci dəfədir ki, tarix muzeyi bu cür gözəl missiyanı yerinə yetirir. Daha sonra professor Teymur Bünyadov arxeoloq Davud bəy Şərifovun həyatı və onun apardığı tarixi əhəmiyyətli işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Daha sonra tədbirdə tarixçi alim, muzeyşünas və elmi işçilərin məruzələri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB