Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Saziş (EPAS) tərəfindən Belçikanın Brüssel şəhərində 8 aprel 2015-ci il tarixdə Beynəlxalq yarışlarda iştirak edən idmançılara vizaların verilməsi ilə bağlı seminar keçiriləcəkdir. SİA-nın verdiyi məlumata görə, seminarda "Avropa Şurası Nazirlər Komitəsinin kişi və qadın idmançılara viza verilməsi ilə bağlı üzv dövlətlərə Tövsiyəsi N(99)10" və 2010-ci ildə Bakıda keçirilmiş Avropa Şurası İdman Nazirlərinin 18-ci qeyri-formal iclasında qəbul edilmiş "Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi ilə bağlı 2.1 saylı qətnamə üzrə müzakirələr aparılacaqdır.
Seminarın əsas məqsədi müxtəlif ölkələrin təcrübələri əsasında Beynəlxalq yarışlarda iştirak edəcək idmançılara vizaların verilməsi barədə ən qabaqcıl təcrübələrin toplanacağı məlumat kitabçasının hazırlanmasıdır. Seminarda həmçinin Azərbaycanın bu sahədə olan ən yaxşı təcrübələri barədə də məlumat verilməsi nəzərdə tutulmuşdur.
Seminarda Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili Rauf Əliyev və Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov iştirak edəcəklər.
Tədbirin yekunları barədə məlumat veriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB