Bakının 20 yanvar dairəsi adlanan ərazisində genişləndirilən hissədə işlərin böyük hissəsi görülüb. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən SİA-ya verilən məlumata görə, təhlükəsizlik adaları kiçildilərək yolun hərəkət hissəsi genişləndirilib, mərmər səki daşları quraşdırılıb.
Hazırda təhlükəsizlik adası adlanan hissəyə tamet daşı düzülür. Genişləndirilən əraziyə asfalt-beton örtük də döşənib.
Bundan əlavə, 3 mikrorayon dairəsindən 20 yanvar istiqamətinə köməkçi hissədə asfalt-beton örtük yenilənir.
İşlərin qısa bir müddətdə başa çatdırılması gözlənilir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB