Lənkəran rayonun İstisu qəsəbəsində artilleriya mərmisi aşkar edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, aprelin 6-da rayonun İstisu qəsəbəsində "Yaşıl çay" fermer təsərrüfatı MMC-nin çay plantasiyasında belləmə işləri aparılarkən fəhlələlər sovet dövründən qalma artilleriya mərmisini aşkar ediblər. Təsərrüfat rəhbərliyi dərhal təhlükəli tapıntı ilə bağlı Fövqəlada Hallar Nazirliyinin "112" nömrəli qaynar xəttinə müraciət edib. Qısa müddətdə FHN Cənub regional mərkəzinin, Şəhər Rayon Polis şöbəsinin və DİN-nin əməkdaşları hadisə yerinə gələrək təhlükəsizlik tədbirləri görməklə kənar şəxsləri təhlükəli zonadan uzaqlaşdırıblar.
Sonra mərmi qumla dolu xüsusi konteynerə qoyularaq zərərsizləşdirmək üçün ərazidən çıxarılıb.
İstisu qəsəbəsi üzrə İcra nümayəndəsinin müavini Xanbala Məmmədovun sözlərinə görə, vaxtilə sovet ordusunun təlim bazasına gedən yol mərmi tapılan ərazidən keçib. Ehtimal edilir ki, mərmi həmin dövrdə əsgərlər tərəfindən bu əraziyə atılıb.
Sərraf Mirsəfəroğlu








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB