Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin ofisində Bakı Dövlət Universitetinin fəal gəncləri ilə görüş keçirilib. SİA-nın xəbərinə görə, görüşü ofisin rəhbəri Əli Pənahov giriş sözü ilə açaraq, ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli şəraitdən, geniş imkanlardan, ölkənin ictimai-siyasi həyatında gənclərin geniş fəallığından söhbət açıb. Ölkə rəhbərliyinin hər zaman gənclərə kömək və dəstək göstərdiyini geniş təşkilatçılığı ilə gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, dünyagörüşünün zənginləşməsi və intellektinin formalaşması istiqamətində Gənclər Birliyinin mühüm tədbirlər həyata keçirdiyini, gənclərin səmərəli fəaliyyətə cəlb olunduğunu qeyd edib.
Sonra YAP Gənlər Birliyinin uğurlu və səmərəli fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Görüşdə həmçinin, Gənclər Birliyinin fəaliyyəti, strukturu,ofisdə gənclərin könüllü çalışmaları ücün yaradılan şərait, qarşıda duran mühüm məqsəd və vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Sonda YAP Gənclər Birliyinin fəaliyyəti haqqında gəncləri maraqlandıran suallar cavablandırılıb.
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB