Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü əsasında reallaşan "Ümumrespublika yaşıllaşdırma" marafonu çərçivəsində Şamaxıda növbəti ağacəkmə aksiyası keçirilib.
SİA-nın xəbərinə görə, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri ilə yanaşı, sakinlərin də qoşulduğu aksiyada, ümumilikdə 4000 nəfər iştirak edib. Aksiya zamanı 1200-dən çox ağac, gül və bəzək kolları əkilib, şəhərdəki Şəhidlər xiyabanı ərazisində, Olimpiya İdman Kompleksinin qarşısında, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun ətrafında, Şamaxının küçə və parklarında səliqə-sahman yaradılıb, təmizlik işləri aparılıb.
Marafon çərçivəsində rayon ərazisində bu günədək ümumilikdə müxtəlif növ 17 min ağac əkilib.
Ağacəkmə kampaniyası davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB