Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən 2015-ci ilin fevral ayı ərzində 1,886,457 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. ANAMA-dan SİA-ya verilən xəbərə görə, 77 PHS, 4 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 117 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 283,053,372 kvadrat metr ərazi təmizlənmişdir. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 689,960-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.
2015-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB