Prezident neft və minerallar naziri ilə görüşdü

Prezident neft və minerallar naziri ilə görüşdü

Bu gün Ər-Riyadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naiminin görüşü olub. SİA-nın azərtac-a istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib, Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərinin bu əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Söhbət zamanı dünya bazarında neftin qiyməti ilə bağlı da fikir mübadiləsi aparılıb. Həmçinin Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı imkanların olduğu qeyd edilib. Həmin şirkətlərin ölkəmizdə həm kontraktor, həm də investor kimi fəaliyyəti üçün əlverişli mühitin olduğu vurğulandı, müxtəlif məsələlərə dair texniki təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də "Cənub" qaz dəhlizi layihəsi ilə bağlı müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə