Mətbuat Şurası mitinqdə monitorinq aparıb

Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun "İnşaatçılar" metrostansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparıb.

Mətbuat Şurasından daxil olan məlumata görə, aksiyada bununla bağlı hər hansı problem qeydə alınmayıb. Kütləvi informasiya vasitələrinin təmsilçiləri tərəfindən qrupun üzvlərinə hər hansı müraciət edilməyib.

Azərbaycan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin əsasən üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Bununla belə mövcud peşə tələbinə əməl etməyən jurnalistlər də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə