Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Aprelin 5-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların, bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının və bəzi radikal dini qrupların ümumi sayı 500 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə