Ahıska türkləri yeni sədrini seçib FOTOLAR

Ahıska türkləri yeni sədrini seçib FOTOLAR

Azərbaycanda yaşayan Ahıska Türklərinin 9-cu qurultayı keçirilib. SİA-nın məlumatına görə, Qurultayın keçirilməsində məqsəd Azərbaycanda yaşayan Ahıska Türklərinin "Vətən" İctimai Birliyinin 3 ildən bir seçilən sədrinin təyin olunması olub. Azərbaycanın rayonlarında yaşayan Ahıska Türkləri öncədən yerlərdə toplantı keçirərək öz aralarından nümayəndə seçərək səsvermə mandatı veriblər. Nəticədə, 278 mandat sahibinin iştirak etdiyi seçkidə sədrliyə 4 nəfər namizəd olub. Onlar, əvvəllər də cəmiyyət sədri olmuş İbrahim Burxanov, 2011- 2014 illər ərzində cəmiyyətə sədrlik etmiş İbrahim Məmmədov və Xalit Xəlilovla, Sabircan Cəlilov olublar.

Məlumat üçün bildirək ki, seçki komissiyasının öncədən elan etdiyi kimi 50 + 1 % səs toplayacaq namizəd avtomatik olaraq Cəmiyyətə sədrlik etməli idi. Əgər bu say əldə edilməzsə ən çox səs toplayan 2 namizəd arasında ikinci turun keçirilməsi qərarı verilmişdi. Lakin keçirilən seçki zamanı İbrahim Məmmədov 161 səslə, 57 faizdən çox səs toplamaqla ikinci tura ehtiyac olmadan Cəmiyyətə sədr seçilib. Digər namizədlərə gəldikdə isə, Xalit Xəlilov 93 səs, Sabircan Cəlilov 13 səs, İbrahim Burxanov isə 11 səs toplayıb.

Qeyd edək ki, Qurultayın sonunda Ahıska Türklərinin "Vətən" İctimai Birliyinin 25 (ATVİB) nəfərlik idarə heyəti də yeni seçilən sədr tərəfindən elan olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə