Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Universitetində Sənət və Tasarım (Dizayn) fakültəsi və Ədəbiyyat fakültəsinin tələbə və müəllim heyəti üçün "Azərbaycan multikulturalizmi" mövzusunda təqdimatlar keçirilib. SİA-nın verdiyi məlumata görə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nəriman Qasımzadə tədbir iştirakçılarına multikulturalizm dəyərləri, bunların müasir Azərbaycan cəmiyyətində rolu, tarixi-siyasi, eləcə də milli-mədəni qaynaqları haqqında geniş məlumat verib. N.Qasımzadə bu tədbirlərdə Azərbaycan hökümətinin multikultural siyasəti, Azərbaycanın multikulturalizm modelinin nümunəverici potensialı ve xüsusiyyətlərinə diqqət çəkərək konkret faktlarla dünyadakı multikulturalizm modelləri ilə müqayisəli təhlillər aparıb və dinləyicilərdə maraq doğuran məsələlərə aydınlıq gətirib.
Azərbaycan multikulturalizminə həsr olunan bu təqdimatlar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xaricdə keçirdiyi layihələr çərçivəsində baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB