İstirahət günü gəzintiyə çıxa bilərsiniz! PROQNOZ

İstirahət günü gəzintiyə çıxa bilərsiniz! PROQNOZ

Aprelin 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 9-14 dərəcə isti olacaq. bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, havanın gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 14-19, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə