Vətəndaşlara səyyar xidmət göstərildi

Vətəndaşlara səyyar xidmət göstərildi

Daxili İşlər Nazirliyi (DİN) bölgələrdə vətəndaşlara şəxsiyyət vəsiqəsini verilməsi istiqamətində səyyar qəbul keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Goranboy və Qazax Rayon Polis Şöbələrinin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə həmin rayonların sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.

Goranboy rayonunun Dəliməmmədli şəhərində keçirilmiş səyyar xidmət nəticəsində ümumilikdə 500, həmçinin, Qazax rayonunun Daş Salahlı kəndində baş tutmuş analoji tədbir zamanı isə 175 nəfərin müvafiq sənədləri qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə