Millət vəkili: “Osmanlının Bakıda strateji maraqları var idi” AÇIQLAMA

Millət vəkili: “Osmanlının Bakıda strateji maraqları var idi” AÇIQLAMA

"Bir tarixçi olaraq tarixi şəxsiyyətin varisinə nəzər yetirmək istəyirəm. Mən çox sevinirəm ki, bu gün Ənvər paşanın nəvəsi Bakıdadır". Bu sözləri bu gün Bakıda "Dedem Enver Paşa" kitabının təqdimatı zamanı millət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ənvər Paşadan öncə onun atası Əhməd bəy Bakıda olub. O, Osmanlı İmperiyasında əmlak məsələlərinə baxıb: "Tarixə nəzər saldıqda görərik ki, Ənvər Paşadan öncə atası Əhməd Bəy burda olub. Əhməd Bəy Osmanlıda əmlak məsələlərinə baxırdı. 1918-ci ildə Bakıya gələndə burda şərəfinə ziyafət verildi. Ənvər Paşanın Qafqazda yaşamasının hüquqi səbəbləri var idi. Osmanlı hakimiyyətinin strateji, iqtisadi maraqları varı idi".

Musa Qasımlı onu da bildirdi ki, Ənvər Paşa Bakıya elə -belə gəlməmişdi. Ənvər Paşanı Cümhuriyyətçilər Bakıya dəvət etmişdi. Ənvər Paşa isə səfəri zamanı çıxışında bildirmişdi ki, biz Bakıya Azərbaycan xalqının müstəqilliyi üçün gəlirik: "Azərbaycan nümayəndələri 1918-ci ildə Ənvər paşaya bizi kommunizmdən qurtarın deyə müraciət etdi. Bununla da Ənvər paşa Mustafa Kamal Atatürkün dəstəyi ilə Azərbaycan Cumhuriyyətinə yardım etmək üçün Batumiyə gəldi. Ənvər paşa çıxış edərkən bildirmişdi ki, bizim Azərbaycan haqqında başqa fikrimiz yoxdur. Biz yalnız Azərbaycanın müstəqil olmasını istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə