“Gəncə 2016: Gələcəyə Baxış”

“Gəncə 2016: Gələcəyə Baxış”

Aprelin 8-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən təşkil olunacaq "Gəncə2016: Gələcəyə Baxış" forumun press konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfrans Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Gəncə 2016: Gələcəyə Baxış" adlı layihə haqqında mətbuat nümayəndələrinin suallarını cavablandıraraq ictimaiyyətlə bölüşmək məqsədilə həyata keçirilir.

Konfrans zamanı ARGTMŞ-ın rəhbərliyi, Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Forumla bağlı mətbuat nümayəndələrinin suallarını cavablandıracaq.

Məlumat üçün qeyd edək ki, 7-11 aprel 2015-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Gəncə 2016: Gələcəyə Baxış" adlı beynəlxalq forum həyata keçiriləcək. Forumda bu günə qədər Avropa Gənclər Paytaxtı olmuş Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan, Rumıniya Gənclər Təşkilatlarının rəhbər nümayəndələri, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının üzvü olan gənclər təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə