YAP GB-də növbəti müzakirələr FOTOLAR

YAP GB-də növbəti müzakirələr FOTOLAR

YAP Gənclər Birliyinin Ofisində "Beynəlxalq münasibətlər və Diplomatiya klubu" layihəsi çərçivəsində növbəti müzakirə keçirilib. YAP GB-dən SİA-ya verilən xəbərə görə, müzakirənin mövzusu "müasir dünya nizamında dəyişən reallıqlar" idi. Müzakirədə qonaq qismində Azərbaycan Dillər Universitetinin regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Nağıyev iştirak edib. Dünya düzəninin ayrı-ayrı dönəmlərində baş verən siyasi gedişlər barədə məlumat verən qonaq müasir geosiyasətin mərkəzində dayanan qüvvələr, onların siyasi gedişlərə təsirindən danışaraq, fərqli regionlarda formalaşan geosiyasi meyillərdən bəhs edib. Müzakirələr zamanı mövzu ilə əlaqədar slayd da nümayiş etdirilib. Sonra tədbir diskusiya formatında davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə