İsmayıllı gənclərin könüllülük fəaliyyətini artırmaq məqsədilə ötən gün rayon Gənclər və İdman İdarəsi İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclərlə görüş keçirib. SİA-nın məlumatına görə, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov könüllü və könüllülük haqqqında gənclərə məlumat verib və bildirib ki, kollecin açılması rayona qaynar gənclik həyatı gətirib və gənclərin ictimai fəallığı artıb: "Bu il Azərbaycanda keçiriləcək "Bakı-2015" Avropa Oyunları çərçivəsində regionlarda tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdən biridə İsmayıllı rayonunda baş tutacaq. Bu məqsədlə rayona gələn turistlərin qarşılanması,tədbirin tərtibat işlərinə kömək məqsədilə tələbələr arasında könüllülər seçilib və vəzifələri barədə məlumat verilib".
Tələbələr də öz növbələrində Avropa Oyunlarının Bakıda keçirilməsinin Azərbaycanın uğuru olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB