Hər il olduğu kimi bu il də ənənəvi olaraq Qubada səməniatdı mərasimi keçirilib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, pespublikanın hər yerindən səməni atmaq üçün bu çaya gəlirlər ki, arzu və niyyətlərini dəyərək səmənilərini çaya tullayırlar. Burda kimisi şirni paylayır kimisi isə arzu tutur.
Qeyd edək ki, belə mərasim ancaq Qubada təntənəli olaraq keçirilir. Rayonun qız-gəlinləri, uşaqlar, yaşlı qadınlar Qudyalçaya gələrək bu adətin şərtlərini icra edirlər. Hamı Qudyalçayın sahilinə gəlir, arzu tutur və arzularının həyata keçməsi üçün Tanrıya dua edirlər.
Qubaya gələn qonaqların bəziləri ilə söhbətimiz zamanı onlar dedi ki, arzuları çin olub.
Səməniatma mərasimində tanınmış simalardan Aytəkin xanım Alxaslı da var. O da buna inandığını bildirir: "Hər il Bahar bayramından 14 gün sonra - aprelin 2-si Qubada səməniatdı mərasimi keçirilir. Bayramda evdə cücərdilmiş səməni axar suya atılır. Bu, Qubada uzun illərdən bəri yaşadılan qədim adət-ənənələrdəndir. Səməni atan sakinlər həm də bu adəti bəyənirlər. Bu ana Rusiyada yaşayan 2 oğlunu evləndirə bilmir. Arzu tutur ki, Azərbaycana gəlsin və Azərbaycandan bir xanımla ailə həyatı qurdursun".
Günorta saatlarından sonra rayonun qız-gəlinləri, uşaqlar, yaşlı qadınlar Qudyalçaya gələrək bu adətin şərtlərini icra edirlər. Bu səməniatma mərasimində kimisi şirini paylaşır, kimisi də səmənini suya tullayır.
Yerli sakinlər deyir ki, sınanmış inanca görə, ürəyində niyyət və arzu olan şəxs axar su üstə gəlir, niyyətini edib əlindəki səmənini suya atır. SəsTV olaraq biz də arzu tutduq. Allah qoysa bütün arzularımız həyata keçər!!!
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB