Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə imzalanmış tədbirlər planına əsasən "Milli-mənəvi dəyərlərimiz: varislik və müasirlik" mövzusunda toplantı keçirilib. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Komitənin sədr müavini, Gənclər və İdman Nazirliyinin gənclərlə iş üzrə şöbənin müdiri İndira Hacıyeva, Dini Komitənin, Gənclər və İdman Nazirliyinin əməkdaşları, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və rəis müavinləri, sektor müdirləri, Gənclər və İdman Baş İdarəsinin rayon şöbələrinin rəisləri, Azərbaycan Respublikası Gənclər Təşklatları Milli Şurasının sədri, İrəli İctimai Birliyinin sədri və nümayəndələri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri və nümayəndələri, Azərbaycan Rus İcmasının nümayəndələri, Azərbaycan Tatar Gənclər Mərkəzi İctimai Birliyinin sədri, Makkabi Yəhudi İctimai Birliyinin sədri, KİV nümayəndələri iştirak ediblər.
Toplantıda çıxış edən Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyd edib ki, DQİDK müxtəlif dövlət qurumları ilə tədbirlər planı hazırlayıb. Həmin tədbirlərdə dini radikalizmə, ekstremizmə qarşı mübarizə üsulları müzakirə olunur.
Mübariz Qurbanlı eyni zamanda vurğulayıb ki, bu gün ölkədə yürüdülən uğurlu siyasət həm də dini və etnik tolerantlığın inkişafına öz töhfələrini verir: "Bu gün ölkəmizdə müxtəlif konfenssiyaların nümayəndələri özlərini çox rahat və təhlükəsiz hiss edirlər. Çünki Azərbaycanda yaşayan bütün xalqların təhlükəsizliyi təmin olunub".
Komitə sədri onu da vurğulayıb ki, Azərbaycanda baş verən tərəqqi prossesinin əsas təməli həm də sosial-iqtisadi sahənin inkişafı ilə bağlıdır: "Bildiyimiz kimi Azərbaycan istər regionda, istərsə də beynəlxalq aləmdə öz liderlik xüsusiyyətlərini inkişaf etdirərək layiqli yerini tutmaqdadır. Ölkəmizdə iqtisadi sahə ilə yanaşı sənaye perspektivinin artımı, qeyri-neft sektorunun inkişafı analoqu olmayan dərəcədə yüksəlməkdədir. Hətta, bir çox beynəlxalq konfranslarda və tədbirlərdə Qərb ölkələri bu inkişaf tendensiyasının təməl prinsiplərini öyrənmək üçü Azərbaycan modelində yararlanmağa çalışdıqlarını bəyan edirlər. Bütün bunlar isə Ulu Öndər Heydər Əliyev siyasətinin əsasını təşkil edən real nəticələrdir. Bu gün bu siyasət ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir və prezidentin ətrafında sıx birləşib".
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etmək və gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürülməkdən ibarətdir.

.jpg)





.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB