QAT Şəhidlər Xiyabanını ziyarət etdi FOTOLAR

QAT Şəhidlər Xiyabanını ziyarət etdi FOTOLAR

Kəlbəcərin işğal günündə Şəhidlər Xiyabanı ziyarət olunub. Qarabağ Azadlıq Təşkilatından SİA-ya verilən xəbərə görə, Soyqırıma və Terrora qarşı QHT Koalisiyası və Kəlbəcər rayon ictimaiyyət nümayəndələri işğal günündə Şəhidlər Xiyabanını, bütün Qarabağ şəhidlərinin, 20 Yanvar qurbanlarının məzarlarını, Türk Şəhidliyi abidəsini ziyarət ediblər, məzarların üzərinə güllər qoyub, dualar oxuyublar. Bu gün həmçinin Qarabağ Azadlıq Təşkilatının Ağsu şöbəsi də anım mərasimi keçirib. Belə ki, QAT-ın Ağsu rayon şöbəsinin əməkdaşları rayonda yerləşən Şəhidlər Xiyabanı ziyarət ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə