Sabah qarlı "yaz" havası olacaq

Aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə duman və çiskin olacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunundan SİA-ya verilən xəbərə görə, mülayim cənub-qərb küləyi əsəcək. Səhər qərb küləyinin güclənəcəyi gözlənilir. Axşama doğru isə mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında hava şəraitinin bəzi yerlərdə yağıntılı, dağlıq rayonlarında sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 0-4 isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə