“Böyük Qələbənin yubileyi: canlı xatirə” FOTOLAR

9 may Qələbə gününün 70 illiyi münasibətilə bayram tədbirlərinə start verilib
“Böyük Qələbənin yubileyi: canlı xatirə” FOTOLAR

Böyük Vətən Müharibəsində qələbənin qazanılmasında böyük və dəyərli xidməti olan Azərbaycanda 9 may Qələbə gününün 70 illiyi münasibətilə bayram tədbirlərinə start verilib. Bununla əlaqədar "Böyük Qələbənin yubileyi: canlı xatirə" mövzusunda Bakı Slavyan Universitetində keçirilən Beynəlxalq Konfrans MDB ölkələrinin dövlətlərarası humanitar əməkdaşlıq Fondunun dəstəyi ilə "Sever-Yuq" politoloji mərkəzi tərəfindən təşkil edilib. SİA-nın məlumatına görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin sədrliyi ilə keçirilən konfransda Belarus Respublikası Milli Akademiyasının Tarix İnstititunun direktoru Vyaçeslav Daniloviç, Qırğızıstan Respublikası Perspektiv Tədqiqatlar Mərkəzinin direktoru, Fəlsəfə elmləri namizədi Sergey Masaulov, Rusiya Federasiyası Şurasının Sosial siyasət komitəsinin sədr müavini Lyudmila Kozlova, rəsmi şəxslər, tarixçilər, politoloqlar iştirak ediblər.

Tədbirə Böyük Vətən Müharibəsi veteranları da qatılıblar. İki plenar iclasda işini davam etdirən konfransda "Böyük Vətən Müharibəsi qələbə - ümumi dəyərimiz", "Böyük Vətən Müharibəsi və insan taleləri", "Hamımız Böyük Vətən Müharibəsində qələbənin varisləriyik", "1941-1945-ci il Böyük Vətən Müharibəsi qəhrəmanları" və sairə tarixi aktual mövzularda məruzələr səsləndirilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, Böyük Qələbə xalqların birgə mübarizəsi nəticəsində əldə olunub. Böyük Vətən Müharibəsində qələbənin əldə olunmasına Azərbaycanın böyük töhfə verdiyini qeyd edən Ərəstun Mehdiyev bildirib ki, bu müharibə xalqımızın qəhrəmanlıq, igidlik salnaməsidir: "Müəyyən dövr ərzində bu tarixi hadisəyə fərqli yanaşılsa da, Ümummili Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra bu tarixi hadisəyə obyektiv münasibət ortaya qoyuldu. Hazırda ölkə başçısı cənab İlham Əliyev də tez-tez müharibə veteranları ilə görüşür və onların problemləri ilə maraqlanır".

Çıxış edən digər tərbir iştirakçıları da Böyük Vətən Müharibəsini SSRİ xalqlarının böyük qələbəsi olduğunu vurğulayaraq bildiriblər ki, bu qəhrəmanlıq tarixini gənc nəslin daim diqqətinə çatdırmaq lazımdır.



Bütün xəbərlər Facebook səhifəmizdə