Fəlsəfə və Hüquq İnstitutunda 31 Mart soyqırımı anılıb

Fəlsəfə və Hüquq İnstitutunda 31 Mart soyqırımı anılıb

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda 31 Mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbiri açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə 1918-ci ildə Bakı ilə yanaşı, Azərbaycanın bir sıra bölgələrində törədilən qırğınlar barədə məlumat verib. İnstitutun elmi işlər üzrə direktor müavini , hüquq üzrə elmlər doktoru Bəhram Zahidov soyqırımdan 97 il ötməsinə baxmayaraq, onun xalqın yaddaşında əbədi iz buraxdığını bildirib.

Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru Rauf Qarayev məruzəsində ermənilərin zaman-zaman xalqımıza qarşı yürütdüyü etnik təmizləmə,separatçılıq və terrorçuluq siyasətindən danışıb. Tədbirin sonunda faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə