"İslam dinində Həccə getmək Allahın buyurduğu 5 hökmdən biridir. Bu müsəlmanların əsas vəzifələrindən biri hesab edilir". Bunu SİA-ya açıqlamasında ilahiyyatçı Seyidağa söyləyib. Bildirib ki, Qurani – Kərimdə də qeyd olunur ki, mütləq Həcci ziyarət edin: "Ancaq Həccə getmək istəyənlər də şərtlərə düzgün əməl etməlidir. Maddi durumu yaxşı, sağlamlığında heç bir problem olmayan insanlar Həccə getməlidir. Ən vacib vəzifələrdən biri də Həccə Qurban bayramı ərəfəsində getmək lazımdır. Onu da deyim ki, bəzən insanlar hər hardansa borc edib, hətta kredit götürüb Həcc ziyarətinə gedirlər. Düşünürəm ki, bu da dinimizdə günah hesab olunur. Çünki Həccə gedən şəxs ailəsinin dolanışığı üçün maddi vəsait qoymalı, bütün borclarını ödəməlidir. Bu əməlləri yerinə yetirmədən Həccə getmək doğru deyil. Təəssüflər olsun ki, bəzən də özünə Hacı dedirtmək, üçün Həccə gedənlər də olur. Bir sözlə təkcə Həccə ziyarət etməklə vəzifələrini bitmiş hesab etməsinlər. Çünki Həccə gedən insan bütün həyatını nizama salmalı, savab əməllər görməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB