Azərbaycan gömrükçüləri daxili orqanında ölkəyə narkotik vasitə keçirməyə cəhd edən ölkə vətəndaşını saxlayıb. Azərbaycan Dövlət Gömrük Komitəsindən SİA-ya verilən xəbərə görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Eldəniz Aslanovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB