"Dəvətə görə təşəkkürümü bildirirəm. 35 ildir "Neftçi"nin azarkeşiyəm. 1979-cu ildə 6 yaşlı Bəhram olaraq, 36 ildən sonra "Neftçi"nin işində görkəmli şəxslərlə birgə iştirak edəcəyimi təsəvvürümü belə gətirə bilməzdim". Bu sözləri jurnalistlərə açıqlamasında "Neftçi" Müşahidə Şurasının üzvü seçilən Bəhram Bağırzadə deyib.
O, azarkeşlərin stadiona gəlməsi ilə bağlı problemlər barədə məlumatlı olduğunu vurğulayıb: "Onları stadiona cəlb etməyin yolunu bilirəm. Bu problemi yoluna qoyacağıq. Məncə, "Neftçi" "Bakcell Arena"da oynayacaqsa, o radiusdan azarkeşləri toplamaq lazımdır. Bunu etmək üçün vaxt lazımdır".
B.Bağırzadə AFFA prezidenti Rövnəq Abdullayevin fikirlərini dəstəklədiyini də qeyd edib: "Mən də klubların adlarının dəyişdirilməsi ilə razıyam. Klublar daha çox paytaxtı yox, bölgələri təmsil etməlidirlər. Bunu Türkiyədəki kimi etməliyik. Klubları rayonlara bölmək lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB