Xocalılar erməni vəhşiliklərindən danışıblar

Xocalılar erməni vəhşiliklərindən danışıblar

Goranboyun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılılar 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə "dəyirmi masa" ətrafında bir araya gəliblər. Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyətinin başçısının müavini Lamiyə Qarayeva çıxış edərək, 1918-ci ildə ermənilərin Bakıda, eləcə də bölgələrdə törətdikləri qırğınlardan danışıb.

"Dəyirmi masa"da çıxış edənlər soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətindən danışıblar.

Sonda 1918-ci il hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə