Ermənilərin Azərbaycana qarşı torpaq iddiaları nəticəsində, minlərlə vətəndaşımız şəhid olub, bir çox kəndlərimiz yandırılaraq, yerlə yeksan edilib. SİA-nın Cənub bürosunun məlumatına görə, 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi Lənkəran şəhərində də anılıb.
Ümumrayon anım mərasimində iştirak edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əsaslı və yenidən qurulan soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksinin önünə əklil qoyub. Mərasimdə rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilatlarında, eləcədə təhsil, mədəniyyət müəssisələrində çalışanlar, həmçinin minlərlə lənkəranlı soyqrım qurbanlarına dərin ehtiramlarını bildirməklə abidə önünə gəlib tər gül-çiçək dəstələri düzüblər. Şəhidlərin ruhlarına dualar oxunub.
Qeyd edək ki, 97 il əvvəl azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilib, eləcədə bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələrimiz dağıdılıb məhv edilib. Ermənilərin soyqırımı Cənub bölgəsini də yan keçməyib. Soyqrım zamanı Lənkəran və ətraf rayonlarda 40-dan çox kənd yandırılıb, 2000-dən çox günahsız insan qətlə yetirilib.1918-ci ilin martında ermənilər Lənkəranda şəhər mərkəzi də daxil olmaqla, Girdəni, Vilvan, Gərmətük, Kərgəlan, Sütəmirdov, Osakucə və sair kəndlərdə minlərlə dinc sakini qanına qəltan ediblər. Kənd agsaqqallarının başlarını kəsib quma basdırıb və qadınların belinə qaynar samavarlar baglayıblar.
Şəhərin özündə isə ən dəhşətli qətliam indi Soyqrım abidəsi yerləşən meydanın yaxınlığında mayak ətrafında olub.
Ümumxalq ziyarəti günorta saatlarına qədər davam edib.
Xalqımız bu qanlı hadisələri heç vaxt unutmayacaq, erməni faşistlərinin qanlı əməlləri nəticəsində həlak olanların xatirəsini daim yad edəcəkdir.
Sərraf Mirsəfəroğlu






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB