Cəbi Bəhmanov: “Dövlət başçısının iradəsi ilə torpaqları geri qaytaracağıq” AÇIQLAMA
"Ermənilər tarixdə kim olubdurlar ki?- heç kəs. Onların başına zənciri salan İngilis, Amerikan, Fransız və Ruslar olub". Bu sözləri SİA-ya açıqlamasında tarixçi Cəbi Bəhmanov deyib. Onun sözlərinə görə, böyük dövlətlər zəngin Azərbaycan torpaqlarını ələ keçirmək üçün ortada erməniləri vasitə kimi oynadıblar: "Onlar burada zəngin torpaqları ələ keçirmək, enerji resurslarını, ilk növbədə Bakı neftini ələ keçirmək üçün 1918-ci ildə bu tarixi soyqırımı etdilər. Yəni ermənilərdən başqa heç bir millət bu cinayətə qoşulmadı. Ermənilər ona görə razılıq verdi ki, bunun müqabilində onlara torpağın veriləcəyi, dövlət yaradılacağı məsələsi qoyulmuşdu. Bunu da Azərbaycan xalqı hesabına olunmalı idi. Xalqımız təkcə insan zülmünə məruz qalmayıb, torpağını itirib, sərhədləri tamamilə pozulub. Azərbaycana qarşı ən ağır cinayətlərdən biri odur ki, Naxçıvan ərazisi Azərbaycan ərazisindən ayrı salınıb. Xalqımızın başına gətirilən faciələr bir deyil, iki deyil. Bu işin başında duran Sovet Rusyasıdır, İngiltərədir, Amerika Birləşmiş Ştatlarıdır, Fransadır. İrəvan şəhəri və ətraf ərazilərin əldən getməsində Osmanlının bilavasitə iştirakı olub".
Cəbi Bəhmanov qeyd etdi ki, Azərbaycan xalqı 20-ci əsrin elə ilk illərindən etibarən ən böyük zərbə almış xalq olub. O vaxt Cumhuriyyəti quranların yalnış addımlarının nəticəsində bu gün Azərbaycan əziyyət çəkir: "Birinci Dünya Müharibəsi illərində ən çox zərbə alan, mənəvi, psixoloji, maddi və bütün parametrlər üzrə zərbə alan xalq Azərbaycan xalqı olub. Yəni düşmənlərimiz bizim torpaqlara göz dikərək ondan dövlət yaratdılar. O zaman Cumhuriyyəti yaradanların atdığı yalnış addım, yəni İrəvan şəhəri və ətrafındakı torpaqların güzəştə gedilməsi bizim xalqımıza çox baha başa gəlib. Bu bir həqiqətdir və bu gün də biz bundan əziyyət çəkirik".
Tarixçi həmçinin vurğuladı ki, Azərbaycan dövlət başçısı müsahibələrində Azərbaycanın nəinki Qarabağı, hətta itirilmiş torpaqlarınıı da geri qaytaracağını ifadə edir. Bundan başqa, Azərbaycanın heç bir böyük gücə ehtiyacı yoxdur: "Əgər Azərbaycan dövlətinin başçısı bütün müsahibələrində, ən son da Novruz Bayramı ərəfəsindəki çıxışında deyəndə ki, Zəngəzur, İrəvan, Göyçə, Azərbaycan torpaqlarıdır və biz Azərbaycanlılar olaraq qayıdacağıq buna çox ciddi yanaşmaq lazımdır. Bu dövlətin 1 nömrəli şəxsinin dilindən çıxan sözlərdir. Bu o deməkdir ki, Azərbaycan xalqı Azərbaycan Respublikasının sərhədləri ilə kifayətlənmir. Biz bütün istiqamətlərdə addımlarımızın əsasını itirilmiş torpaqların qaytarılması və bizə qarşı cinayət törətmiş, insanlığa qarşı ən ağır cinayət olan soyqırımı törətmiş ermənilərə və onların havadarlarının Azərbaycan torpaqlarından çıxarılması və ərazi bütövlüyünün bərpasıdır. Əsas vəzifə budur və kimin xoşuna gəlmirsə getsin öz işi ilə məşğul olsun. İyrənc Amerika dövlətindən, əxlaqsız fransızlardan, şovinist ruslardan və iyrənc ingilislərdən bizim nə isə gözləməyə ehtiyacımız yoxdur. Biz öz dövlətimizin, xalqımızın və dövlətimizin başçısının bilavasitə iradəsi ilə həmin torpaqları geri qaytararaq ədaləti bərpa edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB