"Dərnəgül"də hərəkət bərpa olundu

"Dərnəgül"də hərəkət bərpa olundu

Bakı şəhərində Ziya Bünyadov prospektinin əsas yolunda ("Koroğlu" metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən məlumata görə, həmin hissədə aparılan təmir işləri artıq yekunlaşıb.

Qeyd edək ki, 20 Yanvar dairəsi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi səbəbindən sıxlıq müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə