"Avstriya hüquq müdafiəçisi Maksimilian Şremsinin insanların fərdi informasiyalarının ABŞ xüsusi xidmət orqanlarından qorunması ilə bağlı qaldırdığı iddia ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş əməkdaşı Şnouderin insanların internet resurslarının ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənməsi barədəki bəyanatından sonra ortaya çıxıb". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, əksər ölkələrin qanunvericiliklərinə uyğun olaraq sosial media istifadəçiləri, internet istifadəçiləri izlənilir: "Ancaq elə hallar olur ki, bəzən qanunvericilikdən kənar, yəni heç bir əsas olmadan internet isttifadəçilərinin izlənməsinə cəhdlər olur. Bu kimi addımlar, beynəlxalq normalara, insanların sərbəst informasiya münasibətləri qurmaq qaydalarına ziddir. Hesab edirəm ki, insanların internet üzərindən izlənməsi qanunvericiliyə və beynalxalq normalara uyğun şəkildə həyata keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB