"AIESEC Azərbaycan" hər il gənclərin qarşısına diqqəti cəlb edəcək layihə və mübadilə proqramları ilə çıxır. Bundan savayı ildə 2 dəfə AIESEC Azərbaycan təşkilatı həmçinin Milli Konfrans həyata keçirməkdədir. SİA-nın məlumatına görə, son olaraq mart ayının 21-dən 24-nə kimi "AIESEC Azərbaycan" öz 10-cu, "Be Brave - Cəsur Ol" adlı yubiley konfransını həyata keçirib.
Konfransın əsas məqsədləri düzgün liderliyi gənclər arasında aşılamaq, yay aylarında keçiriləcək beynəlxalq təcrübə proqramları haqqında üzvləri məlumatlandırmaq və həmçinin təşkilat daxili proseslər zamanı birliyin və möhkəmliyin nə dərəcədə önəmli olduğunu birdaha qabartmaq idi. Bütün məqsədlərlə keçirilən təlimlər arasında bağlılıq yaratmaq üçün və konfransa xüsusi maraq qatmaq məqsədi ilə Azərbaycana dəvət almış AIESEC Çexiyanın Sədri və təlimçilər komandasının üzvü Miroslava Liskova idi.
Konfransın həyata keçməsində bir çox insanların zəhməti olub. Bunlardan biri "Be Brave" Konfransının Təşkilat Komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin 3-cü kurs tələbəsi Rauf Quliyev idi. Rauf Quliyev özünə məxsus şəkildə həyata keçirdiyi səliqəli və dəqiq təşkilatçılıq bütün konfrans boyu özünü biruzə verirdi. Təşkilat Komitəsinin digər üzvləri, Gülnar Mərdanova, Vasif Mahmudov, Cəmilə Qasımova, Şükür Əsgərov və AIESEC Azərbaycan təşkilatının gənc sədri Məryəm Məcidovanın zəhməti danılmazdır.
Qeyd edək ki, AIESEC Azərbaycan iyun, iyul və avqust ayları üçün Beynəlxalq Könüllü proqramları təşkil etməkdədir və Könüllü proqramları üçün qəbul Aprel ayının 10-na kimi davam edəcək. May ayının 29-u isə üvlər, idarə heyətləri, tərəfdaş və sponsorların iştirakı ilə AIESEC Azərbaycanın illik hesabat və yekun "QALA" tədbiri həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB